31 mart. Bəli! Şanlı Azərbaycan tarixinnin zəfər və qələbələri bol olduğu kimi faciələri də az deyildir.Hələ 1875-ci ildən başlayan və 2 əsas mərhələdən ibarət olan milli demokratik hərəkat 1918 çi ildə vahid və müstəqil AXC-nin qurulması ilə başa çatmalı idi. Bu hərəkatın 1 mərhələsi xalqımızın milli oyanisina hədəflənsə də, 2-ci mərhələsi əsası 1904 cü ildə qoyulmuş, Əli Bəy Hüseynzadənin turkləsmək islamalasmaq, müasirləşmək kimi suarlariyla başlamış, Məmməd Əmin Rəsulzadənin AXC nin yaradılması doktrinası ilə başa çatmışdır.Azadlıq və istiqlaliyyət hər bir xalqın milli və mənəvi haqqı olduğu kimi Azərbaycan xalqının da əsas tələblərindən biri idi. Onsuz da dağılmaqda olan çar Rusiyası tərəfdarları ilə hakimiyyətə gəlməyə çalışan sovet ( bolşevik ) tərəfdarları arasındakı mübarizə istənilən bir xalqa qarşı planlı bir faciə ilə nəticələnirdi.Mart soyqiriminin tarixi AXC nin qurulmasından 2 ay əvvəl həyata keçirilməsi heç də tarixi bir təsadüf deyildi. Demokratik ziyalılarımızın və milli burjuaziyamizin iradə və tələbi nəticəsində Azərbaycan müstəqilliyə hər gün biraz daha yaxınlaşırdı.Soyqırımı törətməkdə havadarlarınin əli ilə onsuz da çoxdan torpaqlarımıza göz dikmis, həmişə qonşu xaini olmuş ermənilər üçün də əlverişli şərait yaradırdı.Mart soyqırımının reallaşdırmaqda 3 əsas məqsəd var idi 1. Həmin dövrün aparıcı qüvvələrində olan Müsavatın sosial bazasını zəiflətmək.2. Milli demokratik hərəkatı boğmaq, bununla da xalqımızın muxtariyyəti olan ümidlərini qırmaq. 3. Nəticədə qırğını törədənlərin xilaskar kimi ortaya gətirilməsi. Ermənilərin xüsusi canfəşanlığı ilə baş vermiş mart soyqırımı 1918-ci ilin martın 31-dən aprelin 3-dək davam etmişdir. Qırğınlar ilk olaraq Bakı quberniyasından başlamış qısa bir müddətdə ətraf quberniya və qəzalara yayılmışdır. Bu qırğınlar nəticəsində təkcə Bakı quberniyasında 12 mindən çox insanın həyatına son qoyulmuş, minlərlə insan itkin düşmüşdur. Ümumilikdə Azərbaycanı əhatə etmiş bu amansız faciə təkcə bir əsgəri basqın sayıla bilməz. Qaldı ki, elan olunmuş qarşılıqlı müharibə sayılsın Hədəfin minlərlə sivil qadın uşaq və qoca, güllə atanın isə əvvəlcədən hazırlanmış, planla hərəkət edən yüzlərlə əsgərin olduğunu nəzərə alsaq, bu qırğın təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşər üçün kütləvi bir təcavüzdur. Bu qırğın təkcə insan öldürməklə yox, daha çox uşaq qadın və qocalara qarşı tətbiq olunmuş amansız cismani cəza tədbirləri ilə yadda qalmışdır. Bir çox rəsmi mənbələrdə insan üzərində qulaq kəsmə, qol və qicanin bədəndən ayrılması, soyulma və digər vəhşicəsinə cismani əziyyətlərin tətbiq olunması daha çox diqqəti çəkir. AXC-nin mövcudluğu dövründə mart soyqırımı bir neçə dəfə matəm günü qeyd edilsə də sonralar sovet Rusiyası tərəfindən qadağalar qoyulmuş, xalqımıza unutdurulmuşdur.Lakin müasir və Azərbaycan respublikasının qurucusu mərhum Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin mart ayının 26-da 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elen olunmuş və bununla da bu kütləvi qırğına siyasi qiymət verilmiş, xalqımızın tarixi yaddaşı bir daha yenilənmişdir.Qoşqar Orucov, Xocalı rayon gənci, Vətən müharibəsi iştirakçısı